...

İran cənub vilayətlərində 11 neft-kimya şəhərciyi yaradacaq

Energetika Materials 23 Yanvar 2013 16:04 (UTC +04:00)
İran ölkənin cənubundakı Xuzistan və Buşəhr vilayətlərində 11 neft-kimya şəhərciyi yaradacaq.
İran cənub vilayətlərində 11 neft-kimya şəhərciyi yaradacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İran ölkənin cənubundakı Xuzistan və Buşəhr vilayətlərində 11 neft-kimya şəhərciyi yaradacaq. Trend İran KİV-ə istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İran Milli Neft-Kimya Şirkətinin nümayəndəsi Məhəmməd Ziar bildirib.

"Proqnozlara görə, bu şəhərciklərin tikintisi neft-kimya məhsullarının ixracının artırılmasına kömək edəcək. Qəsəbələrin yaradılması sayəsində sərhədyanı əyalətlərdə nəqliyyat xərcləri azalacaq", - o deyib.

Bundan əvvəl Ziar ölkədəki neft-kimya zavodlarının yenidən qurulmasına səkkiz milyard dollara yaxın sərmayə qoyulduğunu və vəsaitlərin Tehran, Ərak, Bəndər-Abbas və Abadandakı NEZ-in yenilənməsinə xərcləndiyini bildirmişdi.

O, habelə ölkədə bir neçə yeni NEZ-in tikiləcəyi barədə də məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti