...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 21 Fevral 2013 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Fevralın 21-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 22,5 milyon kubmetr təşkil edir. Fevralın 7-də bu göstərici 20,3 milyon kubmetr olub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata əsasən, ölkədə hava şəraitinin pisləşməsi ilə əlaqədar qaz istehlakı artıb. Eləcə də Bakıda bu göstərici gün ərzində 13,3 milyon kubmetr təşkil edir.

"Digər regionlar üzrə verilən qazın sutkalıq həcmi 9,2 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti