...

ARDNŞ İsveçrədə elektromobillər üçün ilk enerjidoldurma stansiyasını quraşdırıb

Energetika Materials 27 Mart 2013 18:59 (UTC +04:00)
"SOCAR Energy Switzerland" İsveçrənin "eMobility" assosiasiyasının "EVite" layihəsi çərçivəsində Bern istiqamətində A-1 yolunda elektromobillərin enerji ilə doldurulması üçün stansiya quraşdırıb.
ARDNŞ İsveçrədə elektromobillər üçün ilk enerjidoldurma stansiyasını quraşdırıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/

"SOCAR Energy Switzerland" İsveçrənin "eMobility" assosiasiyasının "EVite" layihəsi çərçivəsində Bern istiqamətində A-1 yolunda elektromobillərin enerji ilə doldurulması üçün stansiya quraşdırıb. Bu barədə Trend çərşənbə günü şirkətin saytına istinadən məlumat verir.

Məlumata görə, enerjinin doldurulması təqribən 20 dəqiqə vaxt aparır və elektromobil sürücülərinə pulsuz təqdim olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "EVite" layihəsinin əsas tərəfdaşlarından biri kimi elektromobillər üçün sürətli enerjidoldurma stansiyalarının tikintisi və istismarını dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti