...

Yaponiya Türkiyədə AES tikəcək

Energetika Materials 30 Aprel 2013 13:40 (UTC +04:00)
Bu həftə Ankara və Tokio Türkiyədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı dövlətlərarası saziş imzalayacaq.
Yaponiya Türkiyədə AES tikəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A. Tağıyeva/

Bu həftə Ankara və Tokio Türkiyədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı dövlətlərarası saziş imzalayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Zaman" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, saziş Yaponiyanın Baş naziri Sinzo Abenin Türkiyəyə səfəri zamanı imzalanacaq. Bildirlir ki, Sinop rayonunda tikiləcək ikinci AES 20-22 milyard ABŞ dollarına başa gələcək. Sinopdakı AES-i Fransa şirkəti "GDF Suez" ilə birgə konsorsiumda Yaponiya şirkəti "Mitsubishi" tikəcək, lakin layihənin operatoru Yaponiya şirkəti olacaq.

Sinopdakı AES-in ümumi gücü 4,5-5 min meqavat gücündə, 4 enerji blokundan ibarət olması planlaşdırılır.

AES-in tikintisinə 2017-ci ildə başlanacaq. 2023-cü ilədək isə stansiyada elektrik enerjisnin istehsalına başlanılacaq.

Sinopda AES tikintisi ilə bağlı tenderdə Yaponiya ilə yanaşı, Kanada, Çin və Cənubi Koreya da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti