...

Gürcüstanın baş naziri qaz nəqli sahəsindəki əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

Energetika Materials 8 May 2013 22:02 (UTC +04:00)
Gürcüstanın baş naziri Bidzina İvanişvili qaz nəqli sahəsindəki əməkdaşlığa görə Azərbaycana təşəkkür edib. Trend-in məlumatına görə, baş nazir həmçinin, enerji naziri Kaxi Kaladzenin qaz nəqlinin şaxələndirilməsi və "mavi yanacağın" əldə edilməsi üçün yeni mənbələrin tapılması istiqamətində verilmiş bəyanatını da şərh edib.
Gürcüstanın baş naziri qaz nəqli sahəsindəki əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

Azərbaycan, Bakı, 8 may /Trend/

Gürcüstanın baş naziri Bidzina İvanişvili qaz nəqli sahəsindəki əməkdaşlığa görə Azərbaycana təşəkkür edib. Trend-in məlumatına görə, baş nazir həmçinin, enerji naziri Kaxi Kaladzenin qaz nəqlinin şaxələndirilməsi və "mavi yanacağın" əldə edilməsi üçün yeni mənbələrin tapılması istiqamətində verilmiş bəyanatını da şərh edib.

"Biz Azərbaycanla enerji sferasındakı əməkdaşlıqdan razıyıq. Kaladze isə elektik enerjisini nəzərdə tuturdu. Məhz, Rusiya ilə qaz sahəsində deyil, elektik enerjisi sektorunda əməkdaşlıq edəcəyik" - deyə İvanişvili bildirib.

Qeyd edək ki, prezident Mixail Saakaşvili bir müddət öncə enerji nazirinin bəyanatını tənqid etmişdi. Lakin sonradan Kaladze bildirmişdi ki, Moskva ilə bu sahədə danışıqlar aparılmır.

Xəbər lenti

Xəbər lenti