...

Ötən ay Ceyhan limanından 2,6 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Energetika Materials 10 May 2013 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

2013-cü ilin aprel ayı ərzində 2 milyon 674 min 619 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 692 min 333 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 9 milyon 668 min 408 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməru istismara verilən gündən 2013-cü il may ayının 1-dək Ceyhan limanından 213 milyon 335 min 62 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti