...

Gəncə-Qazax iqtisadi rayonunda qazlaşdırma işləri davam edir

Energetika Materials 14 May 2013 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

2013-cü ilin əvvəlindən başlayaraq, Qazax rayonunun Qazaxbəyli kəndində inşa edilmiş mövcud Avtomatik qazpaylayıcı stansiyanın ərazisində giriş xəttinə qoşulmaqla tənzimləyici qovşağın tikintisi, Qazax şəhəri N.Nərimanov küçəsində yeni salınmış yaşayış massivinin, Yuxarı Salahlı, Kosalar, I Şıxlı, Daş Salahlı, II Şıxlı kəndlərinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 215,7 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağstafa rayonunun Düz Qışlaq, Kolayır, Xılxına və Mollacəfərli kəndlərinin, Daşkəsən rayonu Xoşbulaq kəndinin, eləcə də Gədəbəy rayоnunun Novosaratovka kəndinin evdaxili qaz xətlərinin çəkilişi, Şınıx və Miskinli kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 42,2 kilometr olan qaz kəmərləri quraşdırılıb.

Goranboy rayоnunun Yolqullar, Rus Borisi, Azad, Baxçakürd, Şəfibəyli, Veysli, Qaraçinar və Hacallı kəndləri qazlaşdırılıb, Yuxarı Ağcakənd kəndində birpilləli sistem əsasında daşıyıcı və paylayıcı qaz kəmərləri çəkilib, ümumilikdə 49,6 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb.

Göygöl şəhərində 1860 fərdi yaşayış evini əhatə edən yeni yaşayış massivinə daşıyıcı, paylayıcı və həyətdaxili qaz kəmərləri çəkilib və rayоnun Topalhəsənli kəndi qazlaşdırılıb, bu məqsədlə 4,3 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

Eyni zamanda, Şəmkir rayonunun Bayramlı və Muxtariyyə kəndlərinin, Tovuz şəhərinin Qovlar qəsəbəsi ərazisinə aid olan yeni yaşayış massivinin, Şıxheybət və Muncuqlu kəndlərinin qazlaşdırılması qazlaşdırılması üçün 36,3 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti