...

"Qazprom" Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır

Energetika Materials 31 May 2013 01:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Qazprom Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır. Trend RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller məlumat verib.

Onun sözlərinə görə, son onillikdə dünya ölkələri sıxılmış qazın istehsalını və istifadəsini artırıb. 2001-ci ildən başlayaraq, dünya bazarında sıxılmış qaza olan tələbat 70 faiz artıb. 2013-cü ildə azalmalar müşahidə olunsa da, orta və uzunmüddətli perspektivdə tələbat artacaq:"Sıxılmış qaz mavi yanacağın nəqlinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə ciddi təsir göstərir. Bu səbəbdən də "Qazprom" Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti