...

Sabah bir sıra rayonlara təbii qazın verilişində fasilələr olacaq

Energetika Materials 18 İyun 2013 16:58 (UTC +04:00)
Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah bir sıra rayonlara təbii qazın verilişində fasilələr olacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar 19 iyun 2013-cü il tarixində saat 10:00-dan 16:00-dək "Quba" qazpaylayıcı stansiyasından, saat 10:00-dan 18:00-dək "Sabirabad" qazpaylayıcı stansiyasından, saat 11:00-dan 17:00-dək "Zərdab", "Ucar" və "Lək" qazpaylayıcı stansiyalarından, saat 13:00-dan 17:00-dək isə "İmişli" qazpaylayıcı stansiyasından qidalanan "İmişli" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli, Sabirabad, Ucar, Zərdab və Quba rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti