...

ARDNŞ-nin TAP layihəsində payı 20 faiz olacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 10 İyul 2013 13:55 (UTC +04:00)
ARDNŞ, BP və Total Trans-Adriatik boru kəməri (TAP) layihəsində 50 faiz (müvafiq olaraq 20, 20 və 10 faiz) iştirak payı alacaq.
ARDNŞ-nin TAP layihəsində payı 20 faiz olacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:58-də yayılıb)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ, BP və Total Trans-Adriatik boru kəməri (TAP) layihəsində 50 faiz (müvafiq olaraq 20, 20 və 10 faiz) iştirak payı alacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesin rəsmiləşdirilməsi üzrə işlər aparılır.

R,Abdullayev deyib ki, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar ilin sonuna kimi Azərbaycan qazının Avropaya tədarükü çərçivəsində bütün saziş və müqavilələri razılaşdıracaq və imzalayacaq ki, bu da 2013-cü ilin sonunda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan verəcək.

Onun sözlərinə görə, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.

ARDNŞ rəhbəri qeyd edib ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü marşrutunun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) reallaşdırılması çərçivəsində də işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti