Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Axundov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz kəmərləri layihələrinin maliyyələşdirilməsində iştirak imkanlarını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AYİB-in prezidenti Suma Çakrabarti Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu layihələr Azərbaycan və bütün region üçün çox vacibdir.
Bankın prezidenti bildirib ki, Azərbaycan bu layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynaya bilər: "Biz mövcud imkanları nəzərdən keçiririk və Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə edirik. Qərar qəbul etməzdən əvvəl məsələlərin geniş spektrini müzakirə etmək və böyük həcmdə iş görmək lazımdır".