...

Azərbaycan ilə Albaniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Energetika Materials 24 İyul 2013 20:00 (UTC +04:00)
İyulun 23-də ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyaya işgüzar səfər edib. Səfər çərçivəsində Albaniyanın Baş naziri Sali Berişa və parlament seçkilərində qalib gəlmiş Sosialist Partiyasının lideri Edi Rama ilə görüşlər keçirilib.
Azərbaycan ilə Albaniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 23-də ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyaya işgüzar səfər edib. Səfər çərçivəsində Albaniyanın Baş naziri Sali Berişa və parlament seçkilərində qalib gəlmiş Sosialist Partiyasının lideri Edi Rama ilə görüşlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşlər zamanı iki ölkə arasında mövcud olan münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan TAP layihəsi, eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olunub, ölkəmizlə Albaniya arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın böyük önəm daşıdığı və qarşılıqlı tərəfdaşlığa böyük töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Görüşlər zamanı Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli istiqamətində aparılan işlər barədə məlumat verilib, TAP layihəsinin gerçəkləşməsində Albaniyanın maraqlı olduğu bildirilib. Tərəflər əldə edilmiş irəliləyişləri qeyd edərək, ikitərəfli görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti