...

ARDNŞ Rumıniyada investisiya planlarını açıqlayıb

Energetika Materials 29 İyul 2013 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyada fəaliyyəti çərçivəsində 2013-cü il üçün büdcəsi 50 milyon avro həcmində planlaşdırılıb. Bu barədə Trend ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, ARDNŞ ilin sonunadək bu ölkənin əsas mərkəzlərində yanacaqdoldurma məntəqələri (YDM) açmaq niyyətindədir:

"2013-cü ildə investisiya planı, YDM-lərin sayı və inkişaf tempi Rumıniyanın yanacaq bazarının artım tempindən və bürokratik proseslərdən asılıdır".

Qeyd edək ki, Rumıniyada hazırda SOCAR brendi altında 16 ədəd YDM fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti