...

“Günəşli” yatağındakı quyulardan biri əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 12 Avqust 2013 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 4-cü özüldən 131 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu Fasilə Lay Dəstəsindən 3270-3195 metr intervaldan sutkalıq 35 ton neft və təxminən 10000 kubmetr qaz hasilatı ilə işləyir.

Qeyd edək ki, quyudan indiyədək 1 milyon 816 min ton neft, 276 milyon kubmetr qaz hasil edilib. Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexi tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti