...

“Bulla-Dəniz” yatağındakı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması işləri davam etdirilir

Energetika Materials 28 Avqust 2013 14:12 (UTC +04:00)
“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər avqustun 27-də davam etdirilib.
“Bulla-Dəniz” yatağındakı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması işləri davam etdirilir

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Bulla-Dəniz" yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər avqustun 27-də davam etdirilib.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılan əməliyyatlara ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət ümumilikdə 11 gəmi cəlb olunub. "Şirvan" kran gəmisi özülə yan alıb, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb. Qrup özülün qərb hissəsində "katapiller dizel generatorları" sahəsində işləmək imkanın mümkünlüyünü müəyyən edib. "Şirvan" kran gəmisi yenidən özülə yaxınlaşmış və yanğın zamanı platformada qalmış 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyulub.

Platformanın təmizlənməsi işləri bu gün- avqustun 28-də də davam etdirilir. Bu məqsədlə səhər saat 8:00-dan 4 ədəd "Vixr" tipli, habelə "Caspian Support " və "Topaz Legenda" yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunub, quyu ağzında su pərdəsi yaradılıb və "Şirvan" kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti