Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi üzrə 2013-cü ilin yanvar-avqust aylarında əhali kateqoriyasına aid 90 270 yeni abonent qeydiyyata alınıb.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, bunun 28 713-ü Bakı, Abşeron və Sumqayıt, 61 557-si isə digər regionlara aid olub. Təkcə 2013-cü ilin avqust ayı ərzində 7731 yeni abonent qeydiyyata alınıb.
Bu ilin 8 ayında əhali sektoru üzrə 1 394 142 970 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,1 faiz vəsait toplanıb. 2013-cü ilin avqust ayı ərzində isə 63 238 237 kubmetr təbii qaz satılıb, bu zaman sərf olunmuş təbii qazın dəyəri üzrə yığılmış vəsaitin həcmi 127,6 faiz təşkil edib.
Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümü zamanı yaranmış debitor borclar abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilib. Nəticədə 2013-cü ilin yanvar-avqust ayları ərzində debitor borc 9,6 faiz, təkcə avqust ayında isə 3,6 faiz azalıb.