...

Lənkəran rayonunun daha 4 kəndinə təbii qaz verilib

Energetika Materials 16 Sentyabr 2013 20:44 (UTC +04:00)
“Neftçilər günü” ərəfəsində, sentyabrın 16-da Lənkəran rayonunun Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Lənkəran rayonunun daha 4 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

"Neftçilər günü" ərəfəsində, sentyabrın 16-da Lənkəran rayonunun Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1050 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24 471 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti