...

Ərdoğan: Türkiyə regionun enerji mərkəzinə çevrilir

Energetika Materials 30 Sentyabr 2013 10:09 (UTC +04:00)
Keçirilən iqtisadi islahatlar nəticəsində Türkiyə regionun enerji mərkəzinə çevrilir.
Ərdoğan: Türkiyə regionun enerji mərkəzinə çevrilir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Keçirilən iqtisadi islahatlar nəticəsində Türkiyə regionun enerji mərkəzinə çevrilir. Trend-in "TRT Türk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, bütün sahələrdə islahatlar ölkənin inkişafına səbəb olub.

O, həmçinin əlavə edib ki, inkişaf edən Türkiyəyə yeni investisiyalar lazımdır və hökumət bununla bağlı mümkün olan hər şeyi edir.

Ərdoğan bildirib ki, ölkənin iqtisadi artımında maraqlı olmayan qüvvələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti