...

Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 3 Oktyabr 2013 16:26 (UTC +04:00)
Bu gün Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilib.
Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayonunun Alaçadır qaçqın qəsəbəsinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 476 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 22 kilometrdən artıq müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 476 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Cəlilabad rayonunun Təzəkənd kəndinə təbii qazın bərpası münasibətilə mərasim keçirilib. Qeyd edilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 60 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və polad borularla məhəllədaxili qaz kəmərləri çəkilib, 441 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti