...

Dövlət Standartlaşdırma Komitəsi: 2014-cü ildə etibarən Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır

Energetika Materials 14 Oktyabr 2013 13:08 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hökümətə baxılması üçün Avro-3 standartına keçidlə bağlı təklif təqdim edib.
Dövlət Standartlaşdırma Komitəsi: 2014-cü ildə etibarən Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir H. Vəliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hökümətə baxılması üçün Avro-3 standartına keçidlə bağlı təklif təqdim edib. Trend-in məlumatına görə, bu barədə komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində Avro-3 standartının tətbiq olunması ilə bağlı mexanizm baxılması üçün Nazirlər kabinetinə göndərilib. Bu barədə müvafiq qərar yaxın günlərdə qəbul ediləcək.

Şöbə müdiri bildirib: "Gələn ilin yanvarından etibarən Avro-3 standartları qüvvəyə minir, sonrakı illərdə Avro-4, Avro-5 standartlarının mərhələli şəkildə tətbiq edilməsinə başlanılacaq".

Bu prosesdur həm avtomobillərə, həm də respublikada istehsal olunan yanacağa şamil edilir.
ARDNŞ də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) o cümlədən Avro-3 standartlarının tətbiq olunmasına hazırdır.

Hazırda Avro-3 ekoloji standartları avtomobillərə və onların ehtiyat hissələrinə tətbiq edilir.
Avro standartın bir səviyyəsindən digərinə keçid ( məsələn, Avro-3-dən Avro-4-ə keçid) təxminən bir milyard dollara başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti