Türkiyə, İstanbul, 19 noyabr /Trend, müxbir E.Hüseynov/
2018-ci ilədək Azərbaycanın Türkiyədəki investisiyaları ən azı 17 milyard dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji"nin rəhbəri Kənan Yavuz İstanbulda azərbaycanlı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, söhbət Azərbaycanın 2008-ci ildən indiyə kimi Türkiyədə heç kimin reallaşdırmağa cəhd etmədiyi bir sıra iri mühəndis layihələrinə qoyduğu investisiyalardan gedir: "İstisna edilmir ki, layihələrin reallaşdırılması nəticəsində investisiyalar 20 milyard dollara çata bilər. Azərbaycan energetika və neft-kimya sahəsində bu və ya digər layihələri reallaşdırmaqla Türkiyədə ən iri xarici sərmayəçiyə çevriləcək".
"SOCAR Turkey Enerji" Türkiyədə sənaye istehsalı sahəsində ikinci yeri tutur.