Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) 2013-cü ildə 7,63 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin yaydığı xəbərdə deyilir.
İES ötən ilin dekabrında təqribən 720 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.
Məlumata görə, "Azərenerji" ASC ötən il ümumilikdə 21,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. 2012-ci ildə bu rəqəm 21,3 milyard kilovat/saata bərabər olub.