...

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru “Naşul” verilişinin qonağı olub (FOTO)

Energetika Materials 29 Yanvar 2014 15:32 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Rumıniyanın “Naşul Tv” televiziya kanalında eyni adlı “Naşul” (Xaç atası) verilişinin qonağı olub.
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru “Naşul” verilişinin qonağı olub (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Rumıniyanın "Naşul Tv" televiziya kanalında eyni adlı "Naşul" (Xaç atası) verilişinin qonağı olub.

Nümayəndəlikdən TRend-ə verilən məlumata görə, verilişin aparıcısı Radu Moraru qonağa ARDNŞ-nin Rumıniyadakı fəaliyyəti və perspektivləri barədə suallar verib.

H.Kərimov təmsil etdiyi şirkət, onun xaricdə həyata keçirdiyi layihələr, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Petkim, Star neft emal zavodu barədə danışıb.

O, Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyədə siyasi və iqtisadi əlaqələr qurulduğunu, ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğulayıb.

H.Kərimov Rumıniya bazarında ARDNŞ-nin investisiyalarının istiqamətini və gələcək inkişafını təfərrüatı ilə diqqətə çatdırıb, Azərbaycanda gedən inkişafı, minlərlə azərbaycanlı tələbənin dövlət hesabına xarici ölkələrdə təhsil almasını uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirib.

Aparıcı Radu Moraru Rumıniyada təhsil alan tələbənin ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru vəzifəsini tutmasının təqdirəlayiq hal olduğunu bildirib. R.Moraru Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsinə, qeyri-neft sektoruna yatırımların davam etdirilməsinə yönəlmiş siyasətini alqışlayıb. O, son illər Azərbaycan turizminə qoyulan investisiyaların ildən-ilə artan turist axını ilə müşayiət olduğunu, xizək sürmək üçün Şahdağ idman-turizm kompleksinə getməyi planlaşdırdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti