...

BP "Azəri-Çıraq-Günəşli"də iki platformanı texniki xidmətə görə qısa müddətə dayandıracaq

Energetika Materials 29 Yanvar 2014 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

BP şirkəti bu il "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunda iki platformanı cari ildə bir-iki həftə ərzində (müxtəlif vaxtlarda) texniki xidmətə görə dayandırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə "BP Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrell deyib.

Q.Birrell qeyd edib ki, söhbət Mərkəzi və Qərbi Azəridəki platformalardan gedir: "Öz növbəsində, dayanma yataqlarda hasilatın həcmlərinə cüzi təsir göstərə bilər".

İlkin məlumatlara görə, ötən il yataqlar blokundan 32,5 milyon ton neft hasil edilib.

"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb.

AÇG-də iştirak payları: BP (operator - 35,78%), AzAÇG (11,65%), Chevron (11,27%), Inpex (10,96%), Statoyl (8,56%), Exxon (8%), TPAO (6,75%), Itochu (4,3%), ONGC (2,72%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti