...

Salyan rayonunun Qaraçala qəsəbəsinə təbii qaz verilib

Energetika Materials 30 Yanvar 2014 16:42 (UTC +04:00)
Bu gün Salyan rayonunun Qaraçala qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Salyan rayonunun Qaraçala qəsəbəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Bu gün Salyan rayonunun Qaraçala qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və Salyan Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 780 abonenti olan Qaraçala qəsəbəsinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 57,5 kilometr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 780 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti