...

Füzuli rayonunun qəsəbəsi qazlaşdırılıb

Energetika Materials 12 Fevral 2014 15:07 (UTC +04:00)
Fevralın 12-də Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsinə təbii qaz verilib.
Füzuli rayonunun qəsəbəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsinə təbii qaz verilib. Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi xəbər görə, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 400 abonenti olan 3-cü Zobcuq qəsəbəsinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 18 kilometrdən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti