...

Ötən il "Azəri-Çıraq-Günəşli"də 81 quyuda neft hasilatı aparılıb

Energetika Materials 13 Fevral 2014 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunda 81 hasilat quyusu və 37 injektor quyusu istismarda olub. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

Ötən il AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil edilib. 2012-ci ildə bu rəqəm 32,9 milyon tona bərabər olub.

"Çıraq" yatağında 18 quyu istismarda olub (13 hasilat və 5 suvurma quyusu) və sutkada orta hesabla 69 670 barel neft hasil edilib.

"Mərkəzi Azəri"də 24 quyu istismarda olub (17 hasilat, 6 qaz injektor və bir suvurma quyusu) və sutkada orta hesabla 151 760 barel hasilat əldə edilib.

"Qərbi Azəri"də 26 quyu istismarda olub (20 hasilat və 6 suvurma quyusu) və gündəlik orta hesabla 188 160 barel neft hasilatı əldə edilib.

"Şərqi Azəri"də 20 quyu istismarda olub (15 hasilat və 5 suvurma quyusu) və ötən il gündəlik orta hesabla 106 700 barel hasilat əldə edilib.

"Dərinsulu Günəşli"də 30 quyu istismarda olub (16 hasilat və 14 suvurma quyusu) və oradan ötən il gündəlik orta hesabla 139 080 barel hasilat əldə edilib.

AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti