Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Almaniyanın "RWE Dea" şirkəti Xəzərdə, daha dəqiq Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə saziş imzalayıblar. Bu barədə Trend çərşənbə axşamı "RWE Dea"nın saytına istinadən məlumat verir.
Məlumata görə, birgə araşdırmaların məqsədi gələcək kəşfiyyat işlərinin mümkünlüyünü müəyyənləşdirmək üçün geoloji və geofizika tədqiqatlarının aparılmasıdır. Müqavilə sahəsi 850 kvadrat kilometr təşkil edir. Zonada suyun dərinliyi 30 metri ötmür.
Məlumatda deyilir ki, saziş şirkətə Xəzər dənizi ərazisində sərvətlər haqqında biliklərini dərinləşdirməyə imkan verəcək.