...

Azərbaycan Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 13 May 2014 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E. İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şimal istiqamətində gedən qaz kəmərində bərpa işlərini başa çatdırdıqdan sonra Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ Rusiyaya qaz ixrac etmir. Bu, Azərbaycandan Rusiyaya gedən qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. Qaz ixracı 2014-cü ilin yanvarından dayandırılıb: "Hələlik qazın verilişi bərpa edilməyib. Bu, müqaviləyə heç bir təsir göstərmir, çünki müqavilə qaz nəqlini istənilən zaman bərpa etmək şərti ilə bağlanıb".

2013-cü ildə ARDNŞ Rusiyaya 1,37 milyard kubmetr qaz ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti