Azərbaycan, Bakı, 23 may /Trend/
"Qalmaz" yatağındakı 630 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın II horizontuna qazılıb.
Quyuya sutkalıq 240 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.