Azərbaycan, Bakı, 9 iyun /Trend/
"Qaradağ" yatağındakı 480 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VII horizontuna qazılıb.
480 nömrəli quyuya sutkalıq 254 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.