...

"Azəriqaz": Gəncədə qazın verilişi təbii fəlakətin fəsadları aradan qaldırıldıqca bərpa ediləcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 11 İyun 2014 12:51 (UTC +04:00)
Gəncənin qaz təsərrüfatına ciddi ziyan dəydiyindən şəhərin təbii qaz təchizatı tamamilə dayandırılıb.
"Azəriqaz": Gəncədə qazın verilişi təbii fəlakətin fəsadları aradan qaldırıldıqca bərpa ediləcək (ƏLAVƏ OLUNUB)

Yeni məlumatlar əlavə olunub (İlk xəbər saat 10:43-də yayılıb)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E. İsmayılov/

Gəncədə yağan leysan nəticəsində şəhərin qaz təsərrüfatına ciddi ziyan dəyib. Bunu çərşənbə günü Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən (İB) deyiblər.

İB-dən bildiriblər ki, təbii fəlakət nəticəsində qaz xətləri, bəzi qaz sayğacları zərər görüb: "Təhlükəsizlik məqsədi ilə şəhərə qazın verilişi tam dayandırılıb. Hazırda burada təmir-bərpa işləri aparılır. İnfrastruktur bərpa edildikcə şəhərə hissə-hissə veriləcək".

"Azərenerji" ASC-dən çərşənbə günü Trend-ə deyiblər ki, təbii fəlakət nəticəsində ağacların aşaraq bəzi elektrik ötürücü xətləri zədələyib. Hazırda zərərgörmüş xətlərdə təmir-bərpa işləri aparılır. İşlər şəhərdə aşmış ağaclar təmizlənənədək davam etdiriləcək.

SC-dən qeyd ediblər ki, şəhərin özündə elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur. Bu, onunla izah edilir ki, burada elektrik xətləri deyil, yeraltı kabellər çəkilib. Şəhərin ətrafında problemlər var, lakin hazırda mütəxəssislər problemlərin aradan qaldırılması üçün zəruri işlər görürlər".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının çərşənbə günü Trend-ə verdiyi məlumata əsasən, Gəncənin su təchizatı və kanalizasiya sistemi ciddi problemsiz işləyir.

Onun sözlərinə görə, təbii fəlakət şəhərin su təchizatına təsir etməyib: "Gəncəyə suyun verilişi adi rejimdə, fasiləsiz həayat keçirilir".

Gəncənin icra başçısı Elmar Vəliyevin sözlərinə görə, şəhərin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb, 50-yə qədər avtomobilə zərər dəyib.

Şəhərin İcra Hakimiyyəti təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fövqəladə komissiya yaradıb.

Təxminən saat 01:30 Gəncənin bəzi rayonlarında elektrik enerjisinin verilişi bərpa edilib, qaz təsərrüfatında problemlərin aradan qaıdırılması məqsədilə işlər aparılır. Şəhərin mənzil-kommunal təsərrüfatı təbii fəkatəin nəticələrinin ləğv edilməsi üçün tədbirlər görür.

Təbbi fəlakətin aradan qaldırılması və dəymiş ziyanın hesabllanması üçün Bakıdan Gəncəyə xüsusi komissiya göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti