...

BP: Azərbaycanda qaz hasilatı 3,8 faiz artıb

Energetika Materials 17 İyun 2014 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Bədəlova/

2013-cü ildə Azərbaycanda qaz hasilatı sutkada 16,2 milyard kubmetr təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 3,8 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin dünya energetikası üzrə illik statistik icmalında deyilir.

Ötən il Azərbaycanın ümumdünya qaz hasilatında payı 0,5 faiz təşkil edib.

BP-nin qiymətləndirmələrinə görə, 2013-cü ildə ölkədə qaza tələbat 1,5 faiz - 8,6 milyard kubmetr təşkil edib.

BP Azərbaycanın sübut edilmiş neft ehtiyatları üzrə qiymətləndirmələrini dəyişilməz, yəni 0,9 trilyon kubmetr səviyyəsində saxlayıb ki, bu da dünya üzrə sübut edilmiş neft ehtiyatlarının 0,5 faizini təşkil edir.

Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" yataqları blokunun payına düşür.

Azərbaycanda ən iri qaz-kondensat yatağı 1,2 trilyon kubmetr qaz ehtiyatına malik olan "Şahdəniz" qaz yatağıdır.

"Şahdəniz" dəniz qaz yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti