...

"Neft Daşları" yatağında sutkada 30 ton neft hasil olunacaq yeni quyu qazılır

Energetika Materials 10 Sentyabr 2014 17:25 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli platformadan 2601 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft Daşları" yatağında sutkada 30 ton neft hasil olunacaq yeni quyu qazılır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2601 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2260 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti