...

Azərbaycanda neft hasilatı azalıb

Energetika Materials 10 Sentyabr 2014 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 28,6 milyon ton neft və qaz-kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu rəqəm 29,1 milyon ton olub. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.

Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.

Hesabata əsasən, cari ilin 8 ayında ölkədə əmtəəlik qaz hasilatı 12,3 milyard kubmetr olub. 2013-cü ilin eyni dövründə bu göstərici 11,7 milyard kubmetr təşkil edib.

2013-ci ildə əmtəəlik qaz hasilatı 17,9 milyard kubmetr əmtəə qazı təşkil edib, 2012-ci ildə isə bu rəqəm 17,24 milyard kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti