...

Bolqarıstan Prezidenti: Alternativ mənbələr və qaz ixracı yolları Avropa üçün milli təhlükəsizlik məsələsidir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 20 Sentyabr 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

Alternativ qaz mənbələrinin və onların nəqli yollarının tapılması Avropa ölkələri üçün milli təhlükəsizlik məsələsi və əsas prioritetdir. Trend xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rosen Plevneliyev şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində bildirib.

R.Plevneliyev Prezident İlham Əliyevə və Azərbaycan xalqına Avropada "Cənub Qaz Dəhlizi"nin işə salınmasına görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin qaz böhranı Avropaya onun enerji resurslarının ixracından asılı olduğunu xatırlatdı və Bolqarıstan bu böhrandan ən çox əziyyət çəkən ölkələrdən biri oldu: "Bolqarıstan iqtisadiyyatı bir ayda yüz milyonlarla avro itirdi".

R.Plevneliyev deyib ki, Ukraynadakı bugünkü böhran Avropanın enerji asılılığından azad olunması məsələsini yenidən aktuallaşdırdı. Nəticədə enerji müstəqilliyi Aİ-nin siyasi gündəmi oldu və gələcək rəqabət qabiliyyətlilik, eləcə də gələcək ədalətli ticarət məsələsidir: "Cənub Qaz Dəhlizi"nin işə salınması Avropanın bir qaz kəmərindən asılılığına son qoyacaq, bütün cənub-şərqi Avropa regionu üçün və onun hüdudlarından uzaqda ixracın təhlükəsizliyini təmin edəcək".

Dövlət başçısı bildirib ki, şaxələndirmə və rəqabət enerji bazarının liberallaşmasına kömək edəcək və hamı üçün ədalətli qiymətləri təmin edəcək.

Onun sözlərinə görə, Türkiyə-Bolqarıstan qaz interkonnektoruna "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsi kimi baxılmalıdır, bu, Bolqarıstanın, qonşu Rumıniyanın, Serbiyanın və bir çox digərlərinin qaz tədarükünün xüsusi mənbəyi olacaq. Bundan əlavə, bu, Bolqarıstanı qaz paylama nöqtəsinə çevirəcək. Bolqarıstan Türkiyədə, Yunanıstanda, Rumıniyada və Serbiyada qaz interkonnektorlarının tikintisinin sürətləndirilməsində maraqlıdır.

Plevneliyev, həmçinin "Nabukko" layihəsini də unutmamağa və onun bir hissəsini "Cənub Qaz Dəhlizi"nə birləşdirməyə çağırıb: "Bu gün biz Avropanın enerji təhlükəsizliyinin təminatında irəliyə doğru böyük və tarixi addım atırıq".

Bolqarıstan Prezidenti onu da qeyd edib ki, Azərbaycan həmişə mühüm və etibarlı tərəfdaş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti