...

ARDNŞ bu ilin 9 ayında 99 min metrə yaxın qazma işi görüb

Energetika Materials 9 Oktyabr 2014 16:29 (UTC +04:00)
2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9362 metr qazma işi həyata keçirib.
ARDNŞ bu ilin 9 ayında 99 min metrə yaxın qazma işi görüb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9362 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 98 737 metr qazma işi görülüb ki, bunun da 97 109 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti