...

Azərbaycanda qaz hasilatı 5 faizdən çox artıb

Energetika Materials 15 Oktyabr 2014 13:49 (UTC +04:00)
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32,1 milyon ton neft və qaz-kondensat hasil edilib.
Azərbaycanda qaz hasilatı 5 faizdən çox artıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32,1 milyon ton neft və qaz-kondensat hasil edilib. 2013-cü ilin analoji dövründə bu rəqəm təqribən 32,54 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 9 ayı üzrə hesabatında deyilir.

2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdu. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.

Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.

Hesabata əsasən, cari ilin ilk 9 ayında ölkədə əmtəə qazının hasilatı 13,8 milyard kubmetr olub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 13,08 milyard kubmetr təşkil edib.

2013-cü ildə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub. 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti