Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Emil İsmayılov/
ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Antonis Samarasla görüşüb.
Trend-in ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.