...

ARDNŞ ödənişləri artırır

Energetika Materials 13 Noyabr 2014 18:22 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödənilib.
ARDNŞ ödənişləri artırır

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödənilib.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, bu, 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 109,1 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 564 milyon 548 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 240 milyon 480 min manat və ya 118,2 faiz çox olub.

Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti