...

Azərbaycan neftinin qiymətində dəyişiklik olub

Energetika Materials 3 Fevral 2015 13:21 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 55,43 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətində dəyişiklik olub

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Emil İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 55,43 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən 4,54 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 53,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0, 4,21 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 2-də 50,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,051 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 2-də 52,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,41 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti