...

ARDNŞ-nin Türkiyədəki neft emalı zavodu vaxtından əvvəl istismara veriləcək

Energetika Materials 6 Fevral 2015 14:49 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki neft emalı zavodu 2017-ci ilin sonunda istismara veriləcək.
ARDNŞ-nin Türkiyədəki neft emalı zavodu vaxtından əvvəl istismara veriləcək

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki neft emalı zavodu 2017-ci ilin sonunda istismara veriləcək. Trend xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin saytında yerləşdirilən məlumatda deyilir.

Bundan əvvəl zavodun 2018-ci ilin birinci rübündə istismara veriləcəyi bildirilmişdi.

Məlumatda bildirilir: "2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2,5 milyard dollarlıq fayda verəcək".

Layihənin ümumi dəyəri 5,7 milyard dollardır ki, bu məbləğin 3,29 milyard dolları maliyyələşdirmə krediti ilə gerçəkləşdiriləcək. 2014-cü il iyulun 6-da İstanbulda STAR NEZ-in tikintisi çərçivəsində 23 maliyyə institutu tərəfindən 3,29 milyard dollarlıq kredit sazişi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti