...

ARDNŞ dövlət büdcəsinə ödənişləri azaldıb

Energetika Materials 11 Fevral 2015 17:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib.
ARDNŞ dövlət büdcəsinə ödənişləri azaldıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib. Bu barədə Trend ARDNŞ-nin saytına istinadən məlumat verir.

Bu, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55,08 milyon manat (31,7 faiz) azdır.

Bundan əlavə, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat (11,9 faiz az) vəsait köçürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti