Azərbaycan, Bakı, 18 mart /Trend/
"Çilov" yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl "Çilov" yatağındakı 112 nömrəli stasionar dəniz özülündən qazılmış 112 nömrəli quyu istismara verilib.