...

Etilen-Polietilen zavodunda yeni laboratoriya istismara verildi

Energetika Materials 8 May 2015 18:06 (UTC +04:00)
SOCAR Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun istehsalata və keyfiyyətə nəzarət, eləcə də sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyasını əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verib.
Etilen-Polietilen zavodunda yeni laboratoriya istismara verildi

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun istehsalata və keyfiyyətə nəzarət, eləcə də sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyasını əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verib.

Trend-in məlumatına görə, laboratoriyanın əsaslı təmirinə çəkilən xərclər 613,8 min manat olub. Laboratoriya Rusiya və Almaniya istehsalı olan müasir avadanlıqla təchiz edilib.

Zavodda, həmçinin qaz məhsulların kükürdlü birləşmələrdən təmizlənməsi və qaz fraksiyalarının hidrogenləşməsi qurğularında tikinti işləri davam edir.

Bundan başqa, buxar və elektrik enerjisi istehsalatında modernləşdirmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti