...

Riçard Morninqstar: Ankara "Türk axını"nın TANAP-la rəqabətə girməsinə icazə verməyəcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 16 May 2015 13:34 (UTC +04:00)
“Türk axını” Transanadolu boru kəmərinin (TANAP) reallaşdırılmasına təsir etməyəcək.
Riçard Morninqstar: Ankara "Türk axını"nın TANAP-la rəqabətə girməsinə icazə verməyəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk axını" Transanadolu boru kəmərinin (TANAP) reallaşdırılmasına təsir etməyəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında yaxşı münasibətlər qurulub və Ankara "Türk axını"na TANAP ilə rəqabətə girməyə icazə verməyəcək.

R.Morninqstar həmçinin bildirib ki, TANAP-ın inşasında bir sıra türk şirkətlərinin iştirakı Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin səviyyəsini göstərir: "Türkiyə "Türk axını"nın reallaşdırılması ilə TANAP layihəsinin şanslarını azaltsa, çox təəccüblənərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti