...

"Azəri-Çıraq-Günəşli"də laylara vurulan qazın həcmi artırılacaq

Energetika Materials 4 İyun 2015 03:02 (UTC +04:00)
BP şirkəti yaxın günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda laylara vurulan qazın həcmini artıracaq.
"Azəri-Çıraq-Günəşli"də laylara vurulan qazın həcmi artırılacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Maksim Tsurkov/

BP şirkəti yaxın günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda laylara vurulan qazın həcmini artıracaq.

Bu barədə Trend-ə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, laylara vurulan qazın həcmi yataqda nasosların birində aparılan təmir işləri ilə əlaqədar azaldılıb: "Təmir müddətində laylara gündəlik vurulan qazın həcmi 13-14 milyon kubmetr təşkil edirdi. Yaxın 5-6 gün ərzində təmir başa çatacaq və vurulan qazın həcmi 20 milyon kubmetrə çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti