...

BP Azerbaijan: "Şahdəniz-2" üzrə işlər plan və büdcəyə uyğun aparılır

Energetika Materials 3 İyun 2015 15:34 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlər təsdiq edilmiş plan və büdcəyə uyğun aparılır. м
BP Azerbaijan: "Şahdəniz-2" üzrə işlər plan və büdcəyə uyğun aparılır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlər təsdiq edilmiş plan və büdcəyə uyğun aparılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell deyib.

Onun sözlərinə əsasən, hazırda 8 quyu qazılıb: "Qaz hasilatına vaxtında başlamaq üçün bu kifayət edir. Paralel olaraq yataqda iş aparmaq üçün iki platformanın inşası gedir. Platformanın iki dayaq bloku və iki yuxarı modulunun yığılması aparılır".

Q.Birrell qeyd edib ki, "İsrafil Hüseynov" borudüzəninin modernləşdirilməsi üzrə iş başa çatıb: "Artıq yaxın günlərdə o, boruların sualtı düzümü işlərinə başlaya bilər. Azərbaycana gətirilməsi və platformalarda quraşdırılması üçün iri kompressorlar və digər avadanlıqlar artıq hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti