...

Kürdəmirin Garıs Əyribənd kəndinə qaz verilib

Energetika Materials 4 İyun 2015 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bu gün Kürdəmir rayonunun Garıs Əyribənd kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 190 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 886 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti