...

Natiq Əliyev: “Cənub Qaz dəhlizi” vasitəsilə Avropanın qaz təchizatı yaxşılaşdırılacaq

Energetika Materials 12 İyun 2015 13:01 (UTC +04:00)
“Cənub Qaz dəhlizi”nin vasitəsilə Avropanın qaz təchizatı yaxşılaşdırılacaq.
Natiq Əliyev: “Cənub Qaz dəhlizi” vasitəsilə Avropanın qaz təchizatı yaxşılaşdırılacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Cənub Qaz dəhlizi"nin vasitəsilə Avropanın qaz təchizatı yaxşılaşdırılacaq. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev "Statoil"un prezidenti və baş icraçı direktoru Eldar Saetreni ilə görüşündə bildirib.

Nazir N.Əliyev "Birinci Avropa oyunları"nın açılış mərasimində iştirakı çərçivəsində Bakıda səfərdə olan Norveçin neft və qaz şirkəti "Statoil ASA"-nın yeni prezidenti və baş icraçı direktoru Eldar Saetreni qəbul edib.

Görüşdə uzun tarixə malik "Azərbaycan-Norveç" münasibətlərinin yüksək səviyyədə inkişafından və birgə görülən işlərdən bəhs edilib.

Nazir N.Əliyev "Statoil" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft yataqları bloku, "Şahdəniz", Abşeron qaz yataqları, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaş kimi fəaliyyətini xatırladıb.

Bildirib ki, dünyaya xam neftin, Avropaya isə qazın əsas ixracatçılarından biri olaraq "Statoil"un təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir. Eldar Saetrei isə beynəlxalq qaz bazarlarındakı mövcud vəziyyətdən danışaraq qeyd edib ki, hazırda Avropa üçün enerji təhlükəsizliyinin təminatı və qaz asılılığının azaldılması prioritet məsələdir.

N.Əliyev "Cənub Qaz dəhlizi" vasitəsilə Avropanın qaz təchizatının yaxşılaşdırılacağını diqqətə çatdırıb. Bildirib ki, bu dəhlizlə əlavə olaraq İran, İraq və İsrail qazının belə nəqli planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti